13 
Fev
2018
15:18
85
192
10668
Virtual karabakh

Qlobal fəlakətlə bağlı qorxulu proqnozlar

13 Fev, 2018
15:18
10668

Qlobal fəlakətlə bağlı qorxulu proqnozlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı alimlərdən ibarət qrup dəniz səviyyəsinin yarım metrdən çox qalxmasına görə XXI əsrin sonunda bütün dünyanın sahilyanı şəhərlərinin su altında qalacağını bildirib.

Oxu.Az xəbər verir ki, alimlərin məqaləsi “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Mütəxəssislər dəniz səviyyəsinin artımını qabaqcadan xəbər verən iqlim modelləri hazırlamaq üçün son 25 il ərzində peyklər vasitəsilə toplanan məlumatları təhlil edib.

Məlum olub ki, 1993-cü ildən bəri dünya okeanında su səviyyəsinin qalxması əlavə olaraq ilə 0.084 millimetrə qədər sürətlənib. Bu müddət ərzində orta artımın ilə 2.9 millimetr olduğunu nəzərə alsaq, 2005-2100-cü illərdə su səviyyəsi bu sürətlə 65 santimetr qalxacaq.

Yeni tədqiqatda alimlər qlobal istiləşmə, buzların əriməsi, həmçinin vulkanların təsirilə əlaqədar okean tutumunun genişlənməsini qiymətləndirib.

Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsini su altında qoyacaq daşqının əsas səbəbi qlobal istiləşmənin təsiri altında Qrenlandiya və Antarktidadakı buzlaqların sürətlə əriməsidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri