13 
Fev
2018
17:11
208
51
4732
Virtual karabakh

Malayziyada “maviləri” müəyyənləşdirməyin yolunu göstərdilər

13 Fev, 2018
17:11
4732

Malayziyada “maviləri” müəyyənləşdirməyin yolunu göstərdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Malayziya qəzeti homoseksualları müəyyən etməyin yolları haqqında yazıb.  

Oxu.Az xəbər verir ki, məqalə Britaniyanın “The Independent” qəzetinin diqqətindən yayınmayıb.

“Sinar Harian” qəzetində dərc olunan məqaləyə görə, homoseksual kişilərin əsas fərqləndirici əlamətlərinə brend geyimlər, saqqal, bədən formasını göstərən dar t-şörtlər daxildir.

Müəllifin fikrincə, “mavilər” fitnes-zallara baş çəkməyi sevir. Ancaq məşq etməkdən çox başqa kişilərlə ünsiyyət qurur.

“Lezbiyanları isə tənha olmaq istəyi və kişilərə qarşı nifrəti əsasında normal oriyentasiyalı qadınlardan seçmək olur. Onlar qucaqlaşmağı və bir-birinin əlindən tutmağı  sevir”, - deyə məqalədə qeyd olunur.

Qəzet homoseksuallığın ziyanları barədə məqalə dərc edib. Həmin məqalədə homoseksuallıq cəmiyyət üçün  böyük problem kimi təqdim olunur. Müəllif fikrini “Qurani-Kərim”dən gətirdiyi ayələrlə əsaslandırmağa çalışır.

Material Malayziyada insan haqları fəallarının ciddi narazılığı ilə qarşılanıb. İctimai fəal və “Youtube” bloqeri Arvind Kumar  məqaləni belə şərh edib:

“Bilmirəm, bunu kim yazıb, ancaq sizə tövsiyəm var: Tanrı olmağa çalışmayın (...) Cəmiyyəti maarifləndirmək istəyirsinizsə, pedofillərin, qatillərin, oğruların və real təhlükə yaradan digər insanların əməllərini izah edin. “Mavilər” sizin həyata hansı şəkildə təhlükə yaradır?”, - deyə fəal bildirib.

Qeyd edək ki, Malayziyada əhalinin 60 faizini müsəlmanlar təşkil edir. Şəriət qaydalarına söykənən bəzi qanunlara görə, ölkədə eynicinslilər arasında intim əlaqə qadağan edilib. Qanunu pozanları 20 ilə qədər həbs gözləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri