14 
Fev
2018
00:34
257
23
3468
Virtual karabakh

Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırıb

14 Fev, 2018
00:34
3468

Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin baş naziri Binəli Yıldırım yunanıstanlı həmkarı Aleksis Tsipras ilə telefon danışığı zamanı Afinanı Egey dənizində iki ölkə arasında yaranmış gərginliyi azaltmağa çağırıb.

Oxu.Az-ın məlumatına görə, Binəli Yıldırım Aleksis Tsiprasa Egey dənizindəki vəziyyətlə əlaqədar narahatlığını bildirib.

Baş nazirlər problemin dialoq yolu ilə həll olunmasının vacibliyini qeyd edərək, hər iki ölkənin hərbi qurumlarının nümayəndələri arasında məsələ ilə bağlı görüşün keçirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, ötən gün Egey dənizindəki mübahisəli adaların yaxınlığında Türkiyəyə məxsus patrul kateri Yunanıstanın Sahil Mühafizə gəmisi ilə toqquşub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yunanıstan tərəfi insidentlə əlaqədar etiraz bildirərək, Türkiyə səfirini XİN-ə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan insidentdə görə məsuliyyəti Yunanıstan tərəfinin üzərinə qoyub.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri