14 
Fev
2018
02:04
226
95
4666
Virtual karabakh

ABŞ: İran bölgədə ballistik raketlərin ən böyük arsenalına malikdir

14 Fev, 2018
02:04
4666

ABŞ: İran bölgədə ballistik raketlərin ən böyük arsenalına malikdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Yaxın Şərqdə ballistik raket silahlarının ən böyük arsenalına malikdir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı bildirib.

“İran Yaxın Şərqdə ballistik raketlərin ən böyük arsenalına malikdir və ölkənin sərhədlərindən təxminən 2 km məsafədə olan hədəflərə hücum etmək iqtidarındadır”, - deyə o bildirib.

Kouts qeyd edib ki, Tehranın bu cür hərbi potensiala malik olması ABŞ, onun regiondakı qoşunları və müttəfiqləri üçün təhlükə kəsb edir.

Onun sözlərinə görə, İran ABŞ və onun regiondakı müttəfiqlərinin hərbi obyektlərini hədəfdə saxlamaq üçün silah sistemlərini inkişaf etdirməkdə davam edir.

“Bu silahlar arasında dronlar, ballistik raketlər, dəniz minaları, uzaqdan idarə edilən minalanmış katerlər, müasir torpedolarla təchiz olunmuş sualtı qayıqlar, gəmi əleyhinə qanadlı raketlər və yerdən idarə olunan qanadlı raketlər var”, - deyə idarə direktoru əlavə edib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri