14 
Fev
2018
09:29
653
34
8857
Virtual karabakh

Ərdoğan: ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib

14 Fev, 2018
09:29
8857

Ərdoğan: ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib.

Oxu.Az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib.

Ərdoğan Türkiyə kimi, ABŞ-ın da NATO nizamnaməsinin tələblərinə əməl etməli olduğunu bildirib.

“Bütün NATO ölkələri və ABŞ bərabər hüquqlara malikdir. Tezliklə ABŞ dövlət katibi bura gələcək və onunla danışacağıq”, – deyə Türkiyə lideri qeyd edib.

Türkiyə Silahlı Qüvvələrinin Mənbicdə kürdlərə qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə sərt əks-hücumla qarşılaşacaqları ilə bağlı ABŞ hərbi komandanlığının bəyanatını şərh edən zaman Ərdoğan bu sözləri deyib.

“Sərt əks-hücum barədə danışanlar, sadəcə, həyatlarında heç vaxt Osmanlı şapalağı  görməyib”.

Qeyd edək ki, Türkiyə prezidenti öz çıxışlarında dəfələrlə Türkiyə ordusunun Mənbicə daxil olacağı və onu terrorçulardan təmizləməyə hazırlaşdığı barədə danışıb. ABŞ hərbi komandanlığı belə olacağı təqdirdə, Türkiyənin sərt əks-hücumla üzləşəcəyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri