14 
Fev
2018
12:10
24
135
4314
Virtual karabakh

Sığın helikopter qəzasına səbəb oldu

14 Fev, 2018
12:10
4314

Sığın helikopter qəzasına səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Yuta ştatında sığın helikopterin sükan pərinə dəyərək, onun qəzaya uğramasına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın KUTV telekanalı məlumat yayıb.

Helikopterin göyərtəsində iki nəfər olub. Onlar vəhşi təbiət resursları idarəsinin tapşırığı əsasında sığını tutmağa çalışıb.

Yerdən təxminən üç metr yüksəklikdə olan zaman heyət üzvlərindən biri vəhşi heyvanın üzərinə xüsusi silahla tor atıb və sığın müqavimət göstərərək, sükan pərini zədələyib.

Bundan sonra helikopter qəzaya uğrayıb. Ancaq hər iki heyət üzvü sağ qalıb, yalnız yüngül sıyrıqlarla xilas olublar. Vəhşi sığın isə tələf olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri