19 
Fev
2018
00:45
23
322
4221
Virtual karabakh

İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

19 Fev, 2018
00:45
4221

İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terror qurplaşması Dağıstanda pravoslav kilsəsinə hücuma görə məsuliyyətini öz üzərinə götürüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı yazıb.

Analitiklər yaraqlıların “Amak” agentliyinin məlumatına istinad edirlər.

Xatırladaq ki, fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. 

Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri