19 
Fev
2018
14:16
38
456
7916
Virtual karabakh

Transgenderlər Həcc ziyarətinə yollanacaq

19 Fev, 2018
14:16
7916

Transgenderlər Həcc ziyarətinə yollanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Pakistandan olan transgender oğlan uşaqları ilk dəfə olaraq Səudiyyə Ərəbistanına yollanıb könüllü qismində Həcc ziyarətində iştirak edə biləcək.

Oxu.Az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Sind vilayətinin Boyskaut Hərəkatının komissarı Atif Əmin Hüseynin sözlərinə görə, yeniyetmə transgenderlər digər uşaqlarla yanaşı, cəmiyyətin üzvləri arasından seçiləcək. Seçimlərdə namizədlər fiziki hazırlıq və sınaq tapşırığı yerinə yetirməli olacaq.

Seçilmiş kollektivin siyahısı sonradan təsdiq olunması üçün Din Məsələləri üzrə Nazirliyə göndəriləcək.

“Bu, oyun qaydalarını və bizim cəmiyyətin onlara olan münasibətini dəyişə bilər”, – deyə hərəkat komissarı bildirib.

Hüseyn bildirib ki, son illər ərzində 40 transgender oğlan Pakistan Boyskautlar Assosiasiyasına qoşulub.

Qeyd edək ki, Pakistan 2009-cu ildə rəsmi olaraq üçüncü cinsi tanıyan və müvafiq nişanla şəxsiyyət vəsiqəsi verən dünyanın ilk dövlətlərindən birinə çevrilib.  

Araşdırmaya görə, hazırda ölkədə yarım milyona yaxın transgender yaşayır. Cəmiyyətə inteqrasiya cəhdlərinə baxmayaraq, onların çoxu diskriminasiyaların qurbanı olur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri