19 
Fev
2018
15:38
408
32
8546
Virtual karabakh

Türkiyə Afrinlə bağlı Suriyaya xəbərdarlıq etdi

19 Fev, 2018
15:38
8546

Türkiyə Afrinlə bağlı Suriyaya xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedərsə, heç kim bizi dayandıra bilməz.

Oxu.Az xəbr verir ki,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirirkən deyib.

İordaniyada səfərdə olan M.Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir. Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur:

“Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedərsə, heç kim bizi dayandıra bilməz”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri