19 
Fev
2018
22:58
263
15
1761
Virtual karabakh

Ağ Evin qarşısında ABŞ-da silahdan istifadəyə etiraz ediblər

19 Fev, 2018
22:58
1761

Ağ Evin qarşısında ABŞ-da silahdan istifadəyə etiraz ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 19-da bir neçə tələbə və şagird Ağ Evin qarşısında etiraz aksiyası keçiriblər.

Oxu.Az-ın məlumatına görə, aksiya iştirakçıları Ağ Evin qarşısında üç dəqiqə ərzində yerdə uzanaraq hökuməti silah satışlarına dair qanunlara dəyişiklik etməyə çağırıblar.

Bununla da iştirakçılar ötən həftə Florida ştatında törədilmiş silahlı insident zamanı qısa müddətdə xeyli sayda insanın həlak olması və yaralanmasını ifadə etməyə çalışıblar.

Xatırladaq ki, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində 19 yaşlı Nikolas Kruz tərəfindən üç dəqiqə ərzində törədilmiş silahlı insident nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. N.Kruz bu qanlı qırğını “AR-15” avtomat tüfəngi ilə törədib. Bu gün yayılmış yeni məlumata əsasan, qətliamdan qabaq Kruz 10 ədəd “AR-15” avtomat tüfəngi almağa nail olub.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri