20 
Fev
2018
01:53
12
299
5527
Virtual karabakh

Mozambikdə 17 nəfər zibil altında qalaraq ölüb

20 Fev, 2018
01:53
5527

Mozambikdə 17 nəfər zibil altında qalaraq ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mozambikin paytaxtı Maputu şəhərində 15 metr hündürlüyündə olan məişət tullantıları topasının uçması nəticəsində 17 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Portuqaliyanın “Lusa” informasiya agentliyi məlumat yayıb.

Ölkənin fövqəladə hallar naziri Fatimə Belşuirin sözlərinə görə, zibil topası evin üzərinə dağılıb və həmin zaman mənzildə bir neçə ailənin üzvləri olub. Bəzi sakinlər evi vaxtında tərk edə biliblər.

Yerli hökumət nümayəndələri güman edirlər ki, zibil dağıntıları altında insanlar qala və axtarış işləri başa çatdıqdan sonra faciə qurbanlarının sayı arta bilər.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri