20 
Fev
2018
11:27
61
22
1982
Virtual karabakh

“Windows” virtual hücumlara həssasdır

20 Fev, 2018
11:27
1982

“Windows” virtual hücumlara həssasdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkətinin proqram tərtibatçıları “Project Zero” layihəsi çərçivəsində “Windows 10” əməliyyat sisteminə aid “Microsoft Edge”in virtual hücumlara həssas olduğunu aşkarlayıb.

Şirkət uzun müddət sistemdəki “boşluq” barədə sussa da, bu vaxta qədər “Microsoft” bu texniki qüsuru aradan qaldıra bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

“Windows 10 Creators Update” yeniləməsində zərərli kodları yaddaşa yükləmək məqsədi daşıyan virtual hücumlardan qorunmaq üçün “Arbitrary Code Guard” (ACG) texnologiyasını istifadəyə verib. 

O, yaddaşda yalnız müvafiq imzası olan kodların əks olunmasına imkan verir. Ancaq mütəxəssislər bu “sipərdən” yan keçməyə imkan verən  boşluq ortaya çıxarıb. Nəticədə virtual dələduzlar zərərli kodu kompüterin yaddaşına yerləşdirə bilir.

Virtual hücumlara həssaslıq hələ 2017-ci ilin noyabr ayında aşkarlansa da, “Project Zero” qaydalarına görə, bu xəbəri ictimailəşdirməzdən əvvəl tərtibatçılara “boşluğun” aradan qaldırılmasına 90 gün vaxt verilir. 

“Microsoft” həssaslığın olduğunu etiraf edib və problemin aradan qaldırıldığı patçın ən tezi 2018-ci ilin mart ayında təqdim olunacağını bildirib.

“Microsoft Edge” “Windows 10” əməliyyat sistemindən “İnternet Explorer”i əvəz etmiş standart brauzerdir. Yeni “Windows 10S” versiyasında isə istifadəçilərə standart brauzeri dəyişməyə icazə verilmir. İstifadəçi əlavə brauzerlər yüklədikdə belə, elektron poçt və digər saytlara olan linklər yalnız “Microsoft Edge” brauzeri ilə açılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri