20 
Fev
2018
18:53
25
126
4537
Virtual karabakh

Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

20 Fev, 2018
18:53
4537

Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçika və ABŞ-dan olan tədqiqatçılar üz cizgilərinin formalaşmasına təmin edən 15 geni müəyyən edib.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Genetics” jurnalında dərc olunub.

Əvvələr belə genləri ayırmaq üçün gözlər arasındakı məsafə və ya ağızın eni ölçülərək nəticələr genomun xüsusiyyətləri ilə müqayisə edilirdi.

Bu dəfə alimlər tam fərqli yanaşma tətbiq edib. Onlar üzün hər hansı konkret cizgilərinə önəm verməyib. Bunun əvəzində insan simalarının 3D şəkillərindən və onların DNT nümunələrindən istifadə edib.

Hər bir sima avtomatik olaraq bir neçə hissəyə bölünüb, DNT-də isə həmin hissələrlə əlaqəli lokuslar müəyyən edilib.

Alimlər öyrənib ki, həmin sahələrdə olan genlər ana bətnində üzün inkişafı və formalaşması zamanı aktiv olur. Tədqiqat qrupu genom sahələri ilə əlaqəli genetik variantların genlərin ekspressiyasının harada və nə vaxt baş verəcəyinə cavab verdiyini müəyyənləşdirib. Aşkarlanmış genlərdən yeddisi burunun formalaşması ilə əlaqədar olub.

Hələlik DNT vasitəsilə üz cizgilərini müəyyənləşdirmək mümkünsüz görünsə də, tədqiqatçılar hesab edir ki, belə tapıntılar gələcəkdə çoxdan vəfat etmiş şəxslərin simalarının rekonstruksiya keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Texnologiya genlərlə insanın digər xüsusiyyətlərini, məsələn, neyrodegenerativ xəstəliklərə meyilliliyi əlaqələndirməyə kömək ola bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri