20 
Fev
2018
22:02
461
31
5682
Virtual karabakh

Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb

20 Fev, 2018
22:02
5682

Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya silahlıları Türkiyə ordusu artilleriyasının yaylım atəşindən sonra Afrindən geri çəkiliblər.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu gün axşam onlarla avtomobilin Afrin istiqamətində hərəkət etməsi qeydə alınıb. Lakin sonra artilleriya atəşi başlayıb və onlar qayıtmağa məcbur ediliblər”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, hər şey bununla başa çatıb.

“Dünən biz cənab Vladimir Putinlə və cənab Həsən Ruhani ilə danışıqlar aparmışıq. Bu məsələdə razılaşmamız var. Təəssüf ki, bəzi terror qruplaşmaları hərdən qeyri-düzgün qərarlar qəbul edirlər. Bu, yolverilməzdir və onlar bütün bunlara görə cavab verirlər”, - deyə o əlavə edib.

A.M.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri