21 
Fev
2018
01:38
30
514
3953
Virtual karabakh

BMT Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb

21 Fev, 2018
01:38
3953

BMT Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Türkiyəni Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlər nə qədər çox olsa, bizim yardıma ehtiyacı olanlarla əlaqəmiz o qədər az olar”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Suriyanın Bəşər Əsədə bağlı silahlılarının Afrinə doğru hərəkət etməsi barədə məlumat yayılıb. Türkiyə ordusunun Afrində terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri