21 
Fev
2018
10:47
186
45
2425
Virtual karabakh

Politoloq: Əsəd Moskvanın oyuncağıdır

21 Fev, 2018
10:47
2425

Politoloq: Əsəd Moskvanın oyuncağıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəşər Əsəd Moskvanın oyuncağıdır, bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik.

Oxu.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya prezidenti Bəşər Əsəd həmin bazaya gəlib ona qarşılamağa məcbur oldu.

İkincisi, Putin mikrofona yaxınlaşıb hərbçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq Putindən aralı dayanmağı əmr etdi. Bunları nəyə görə xatırlayıram?”, - deyən politoloqun fikrincə, Afrində kürdlərin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir.

O qeyd edib ki, Kreml bununla Türkiyə prezidenti Rəcəb Tayyibb Ərdoğanın nəbzini yoxlamaq istəyib:

“Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlum açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər. Ərdoğan qorxmadı, onun “Afrində Bəşər Əsədin qüvvələri olsa belə, şəhərə daxil olacağıq” deməsi Kremlin Əsədə “stop” əmri verməsi ilə nəticələndi.

Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər. Türkiyə bu bölgəyə uzun müddətə gəlib...”

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri