21 
Fev
2018
14:55
355
19
1929
Virtual karabakh

İbrahim Kalın: Türkiyə Suriyada əməliyyatı dayandırmayacaq

21 Fev, 2018
14:55
1929

İbrahim Kalın: Türkiyə Suriyada əməliyyatı dayandırmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın hökumət qüvvələri Afrinə daxil olsa belə, Türkiyə “Zeytun budağı” əməliyyatını dayandıran deyil.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.

Kalın bildirib ki, Türkiyə öz torpaqlarını terrorçulardan qorumaq üçün Afrin əməliyyatını beynəlxalq hüquq çərçivəsində aparır.

Rəsminin sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünü pozmaq məqsədi daşımır.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumətyönümlü Suriya qüvvələrinə aid olduğu iddia olunan 10 avtomobilin Afrina daxil olmağa çalışdığını bildirmişdi. Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlıq atəşindən sonra yaraqlılar Afrin yaxınlıqdakı əraziləri tərk edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri