21 
Fev
2018
15:06
10
241
2545
Virtual karabakh

Yəməndə epidemiya: Onlarla ölən var

21 Fev, 2018
15:06
2545

Yəməndə epidemiya: Onlarla ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəməndə difteriya epidemiyasının yayıldığı yarım il ərzində 62 nəfərdən çox insan bu xəstəlikdən dünyasını dəyişib. 933 nəfər bu xəstəliyə yoluxub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Epidemiyanın əsas ocaqları İbb və Hodeydə vilayətləridir.

“İctimai Səhiyyə İdarəsi Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF, BƏƏ-nin Beynəlxalq Qızıl Aypara Cəmiyyəti və Kral Salman adına Humanitar Yardım Mərkəzinin əməkdaşlığı ilə ölkəni bürüyən epidemiyanın aradan qaldırılması üçün əlindən gələn bütün səyləri göstərir”, - deyə Yəmən səhiyyə nazirinin təcili tibbi yardım sahəsi üzrə müavini Əli Əl Validi bildirib.

Rəsminin sözlərinə görə, epidemiyanın yayılmasına qarşı mübarizə aparmaq üçün hökumət  kütləvi immunizasiya və maarifləndirmə ilə bağlı tədbirlər görür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri