21 
Fev
2018
15:18
535
22
5978
Virtual karabakh

Əsəd qoşunları Afrindən geri çəkildi

21 Fev, 2018
15:18
5978

Əsəd qoşunları Afrindən geri çəkildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada 40-50 nəqliyyat vasitəsində Afrinə daxil olmağa çalışan hökumət qüvvələri Türkiyə ordusunun artilleriya zərbələrindən sonra geri çəkilib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib:

“Biz əvvəldən demişdik ki, yayılan şayiələr fonunda Suriya rejimi ilə YPG arasında razılaşmanın olduğuna dair daha tutarlı sübutlara ehtiyac var”.

Dünənki hadisədə Hələbdən içində yaraqlılar olan 40-50 avtomobil Afrinə daxil olmağa çalışıb, ancaq atəş açıldıqdan sonra Hələbə geri çəkilməli olublar.

Orada çirkin və gizli alver getsə belə, biz əməliyyatı davam etdirəcəyik, ona mane olmağa çalışan kəslər üçün bunun ağır nəticələri olacaq.

Ona görə ki, biz öz sərhədlərimizi qanun çərçivəsində qoruyuruq”, - deyə Kalın jurnalistlərə verdiyi açıqlamada bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri