21 
Fev
2018
15:29
163
46
6480
Virtual karabakh

Botokslu dəvələrin sahibləri cərimələnib

21 Fev, 2018
15:29
6480

Botokslu dəvələrin sahibləri cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı hökuməti gözəllik müsabiqəsində iştirak edən 12 cins dəvənin sahiblərini cərimələyib.

Oxu.Az xəbər verir ki, bu barədə Newsru.co.il saytında məlumat yayılıb.

Heyvanların sahiblərinin cəzalandırılmasına səbəb dəvələrin xarici görüşünü yaxşılaşdırmaq üçün onları botoks etdirmələridir. Dəvələrin burun və dodaqlarına daha baxımlı görünüş vermək üçün onların üz nayihəsinə iynə vurulub. Cərimə məbləğinin 30 min dollara çatdığı bildirilir.

Ənənəvi dəvə gözəllik müsabiqəsi Ər-Riyadın şəhər kənarında yerləşən xüsusi kompleksdə keçirilib. Bu il tədbir Səudiyyə kralı Əbdül Əziz irsi festivalı zamanı təşkil olunub. Gözəllik müsabiqəsində heyvanın üz cizgiləri, onun kəllə forması, əzələ quruluşu nəzərə alınır. 

Gözəllik müsabiqəsindən savayı, festivalda heyvanlarla yarış və digər müsabiqələr keçirilir.  Festivalın mükafat fondu 57 milyon dollara yaxındır. Qalib dəvələr həmin cinsin etalonuna çevrilir və onların qiyməti və nəsli artırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri