21 
Fev
2018
16:02
145
89
7698
Virtual karabakh

Qrenlandiyada buzun altında məxfi ABŞ bazası tapılıb

21 Fev, 2018
16:02
7698

Qrenlandiyada buzun altında məxfi ABŞ bazası tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qrenlandiyada 35 metr qalınlıqda olan qar təbəqəsinin əriməsindən sonra “Əsr” düşərgəsi – ABŞ-ın son dərəcə məxfi sayılan raket bazası aşkarlanıb.

Oxu.Az xəbər verir ki, düşərgə 1967-ci ildə bağlanıb.

Hərbçilər onu SSRİ-yə qarşı müharibəyə hazırlıq məqsədilə istifadə edib. “Buz altında şəhər” adı ilə tanınan və ümumilikdə üç kilometr uzunluqda olan tunellər şəbəkəsindən ibarət olan baza 200-dən çox hərbçi üçün nəzərdə tutulub.

Hərbçilərin düşərgədə yaşaması üçün hər cür şərait, o cümlədən mağaza, xəstəxana, kiçik kilsə, hətta kinoteatr belə olub.

Ancaq 1967-ci ildə buzlağın ərimə təhlükəsi ortaya çıxdıqdan sonra ABŞ bazadan imtina edib. Belə ki, mühəndislər onun divarlarının uça biləcəyindən ehtiyat edib.

“The Daily Star”ın məlumatına görə, düşərgədə bioloji, kimyəvi və radioaktiv tullantılar qalmaqdadır. Baza ərazisi buz təbəqəsindən tam azad olunarsa, həmin zərərli maddələr atmosferi çirkləndirə bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri