21 
Fev
2018
16:12
16
104
4261
Virtual karabakh

Merkeli kim əvəzləyəcək?

21 Fev, 2018
16:12
4261

Merkeli kim əvəzləyəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Angela Merkelin Almaniya kansleri vəzifəsində dördüncü müddətə fəaliyyətə başlaması üçün təkcə onun təmsil etdiyi Xristian-Demokratlar İttifaqının (XDİ) fevralın 26-da keçiriləcək qurultayının nümayəndələrinin, həmçinin Almaniya Sosial-Demokratlar Partiyasının (ASDP) sıravi üzvlərinin koalisiya sazişini imzalamağa razılıqlarını almaq qalıb. 

Oxu.Az-ın xarici mediaya istinadən xəbərinə görə, ASDP-nin yazılı “referendum”unun nəticələri martın 4-də elan olunacaq.

Həm mühafizəkarların, həm sosial-demokratların razılıq verəcəyinə ehtimal var. Lakin Almaniyada hər kəs əmindir ki, dördüncü müddət Merkel üçün sonuncu olacaq. 

XDİ-də hesab edirlər ki, 2021-ci ildə kansler seçkilərində onların namizədi olacaq varis barədə düşünmək vaxtıdır. Axı namizədin təbliği üçün vaxt tələb olunur.

Bu namizəd Anneqret Kramp-Karrenbauer ola bilər.

Bu günlərdə isə Merkel XDİ-nin baş katibi vəzifəsinə onun namizədliyini təklif edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri