13 
Mar
2018
12:31
531
15
4912
Virtual karabakh

Türkiyə ordusu Afrini mühasirəyə alıb

13 Mar, 2018
12:31
4912

Türkiyə ordusu Afrini mühasirəyə alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrini tamamilə mühasirəyə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə TSQ Baş Qərargahı məlumat yayıb.

TSQ və ASO bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini nəzarətə götürüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə ordusu Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb

“Zeytun budağı”  adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri