13 
Mar
2018
15:02
24
259
2375
Virtual karabakh

“Jamanak”: Nalbandyan vəzifəsində qalacaq, o, Lavrovun sevimlisidir

13 Mar, 2018
15:02
2375

“Jamanak”: Nalbandyan vəzifəsində qalacaq, o, Lavrovun sevimlisidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sirr deyil ki, Ermənistan hökuməti artıq uzun müddətdir ki, xarici işlər naziri Edvard Nalbandyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istəyir. Lakin o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sevimlisidir və Lavrov Nalbandyandan başqa heç kəsi bu vəzifədə görmək istəmir. 

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə erməni qəzeti “Jamanak” yazıb.  

Qəzetin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin onu (Nalbandyanı - red.) 2016-ci ilin avqustunda medalla təltif edib. Bununla da o, sentyabrda formalaşdırılmalı olan yeni Ermənistan hökumətində işdən çıxarılmadan xilas ola bilib:

“Ermənistan hökuməti Lavrova qarşı çıxmaqdan çəkinərək Nalbandyanı xarici işlər naziri vəzifəsində saxlayıb. Lakin nazirliyin idarə edilməsi baş katib adını daşıyan başqa adama veriləcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri