13 
Mar
2018
22:06
31
145
2678
Virtual karabakh

Snouden: ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib

13 Mar, 2018
22:06
2678

Snouden: ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 ABŞ-ın yeni təyin olunmuş mərkəzi kəşfiyyat idarəsinin rəhbəri terrorda şübhəli bilinən insanlar üzərində işgəncələrdə iştirak edib. 

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden “Twitter” hesabında məlumat paylaşıb.

“Mərkəzi kəşfiyyat idarəsinin yeni direktoru şübhəlilərə işgəncələrin verilməsində aparıcı rolu oynayıb...Onun adı son dərəcə məxfi əmrdə qeyd olunub. Həmin əmrə görə, Konqresə çatmasın deyə işgəncələr barədə bütün məlumatlar məhv edilməli idi” deyə Snouden qeyd edir.

 “New York Times”da dərc olunan məqaləyə görə, 2002-ci ildə Cina Haspel  terrorda şübhəli bilinən iki nəfər üzərinə işgəncələri müşahidə edib, daha sonra qəddar dindirilmə prosesinin video kassetlərinin məhv edilməsində iştirak edib.

Sözü gedən işgəncələrin Taylandın məxfi həbsxanasında yer aldığı bildirilir. Snouden həmçinin iddia edir ki, Haspel Avropa İttifaqı ölkələrinə səfər etsə,  həbs olunma riski ilə üzləşə bilər.  

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri