14 
Mar
2018
14:40
162
31
10696
Virtual karabakh

Dünyanın ən xoşbəxt ölkəsi bəlli oldu

14 Mar, 2018
14:40
10696

Dünyanın ən xoşbəxt ölkəsi bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Davamlı İnkişafın Tənzimlənməsi Şəbəkəsi (UNSDSN) dünyanın ən xoşbəxt ölkəsinin Finlandiya olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, təşkilat tərəfindən dünyanın 156 ölkəsində araşdırma aparılıb və “Dünya Xoşbəxtlik Hesabatı – 18” (WHR) hazırlanıb.

Bu ölkələrdən 117-də qaçqın və köçkünlərin də diqqətdə saxlandığı araşdırma nəticəsində finlandiyalılar dünyanın ən xoşbəxt xalqı seçilib.

Finlandiyanı Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya izləyir.

ABŞ 4 pillə geriləyərək 18-ci sırada qərarlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri