20 
Mar
2018
08:12
45
213
1825
Virtual karabakh

Süni intellekt şair və yazıçıları əvəz edəcək

20 Mar, 2018
08:12
1825

Süni intellekt şair və yazıçıları əvəz edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süni intellekt yaxın on il ərzində insanlardan daha yaxşı bədii əsərlər yaratmağı öyrənəcək.

Oxu.Az  “Business Insider”ə istinadən xəbər verir ki, Almaniyanın Passau universitetinin mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Byorn Şuller belə bir nəticəyə gəlib.

Alimin sözlərinə görə, hələlik müasir robotlar və super-kompüterlər yaradıcılıq sahəsində insanlarla ayaqlaşa bilməsə də, arada olan fərq getdikcə azalır.  

Süni intellekt azından “Wikipedia” kimi nəhəng ensiklopedik bazadan və ümumilikdə internetdən yararlana bilir.

“Süni intellekt nə vaxtsa yeni romanlar yaza biləcək? Mən bunun mümkün olduğuna tam əminəm, çünki o, artıq müxtəlif zarafatlar və hətta kiçik şerlər fikirləşə bilir. Süni intellekt bəzən intriqalı sujetlər də ortaya çıxara bilir.”

Şer yazan süni intellekt Rusiyada bir neçə il əvvəl “Yandex avtopoet” layihəsi çərçivəsində gerçəkləşsə də, yaradılmış alqoritm hələlik yalnız qafiyə əsasında müxtəlif, bir-birilə az əlaqəli və ya ümumiyyətlə əlaqəsiz olan sözlərdən misralar qurur.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri