20 
Mar
2018
10:55
197
36
9481
Virtual karabakh

Yoxa çıxmış “Boeing 777” təyyarəsi Google xəritəsində “tapıldı” – FOTO

20 Mar, 2018
10:55
9481

Yoxa çıxmış “Boeing 777” təyyarəsi Google xəritəsində “tapıldı” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyadan olan  avia-qəzaların araşdırılması üzrə mütəxəssis Piter Makmehon, dörd il əvvəl müəmmalı şəkildə yoxa çıxmış “Boeing 777” sərnişin təyyarəsini “NASA” və “Google Maps” xəritələrində tapmağa çalışır.

Oxu.Az “The Sun”a istinadən xəbər verir ki, mütəxəssis  Hind okeanında radarlardan itmiş “Boeing 777” təyyarəsini tapdığını iddia edir.

Makmehonun sözlərinə görə, MH370 reysi ilə uçmuş Malaziya hava yolları şirkətinə aid təyyarə hazırda kiçik Raund (Seyşel) adasından 16 kilometr cənubdadır.  O əmin edir ki, həmin bölgədə axtarış əməliyyatları aparılmayıb.

Avstraliyalı xəritənin şəklini ölkəsinin nəqliyyat və təhlükəsizlik bürosuna göndərib.

Xatırladaq ki, 2014-cü ilin mart ayında Kuala Lumpurdan Pekinə uçan Malaziya hava yolları şirkətinə aid “Boing 777” sərnişin təyyarəsi radalardan itib. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub. 2015-ci ilin yanvar ayında onların hamısı həlak olmuş elan edilib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri