20 
Mar
2018
16:49
679
48
11110
Virtual karabakh

Nikola Sarkozi həbs edilib – YENİLƏNİB

20 Mar, 2018
16:49
11110

Nikola Sarkozi həbs edilib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada keçmiş prezident Nikola Sarkozi 48 saat müddətinə həbs olunub.

Oxu.Az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, hazırda  o, Nanter polis bölməsində seçki kampaniyasının Qəddafi rejimi tərəfindən maliyyələşməsi istintaqı ilə bağlı müstəntiqlər tərəfindən dindirilir.

Yaxın zamanda həbs müddətinin uzadılacağı və ya onun sərbəst buraxılacağı ilə bağlı qərar çıxarılacaq.

12:28

Fransada ölkənin keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Monde” qəzetində məlumat yayılıb.

“Bizdə olan məlumata görə, sabiq prezident Nanterdə polis nəzarətinə götürülüb. Liviyanın 2007-ci il prezident seçkilərini maliyyələşdirməsi iddiaları üzrə işin araşdırılması ilə bağlı polis bölməsinə aparılıb.” deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, 2012-ci ildə “Mediapart” nəşri Qəddafi rejiminin Sarkozinin seçkiqabağı kampaniyasını maliyyələşdirmək məqsədilə Fransaya 50 milyon avro göndərdiyi haqqinda sənədləri dərc etmişdi.

Bu qalmaqalla bağlı məhkəmə araşdırması altı ilə yaxındır ki, davam edir.

F.M.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri