20 
Mar
2018
14:04
893
48
4927
Virtual karabakh

Rusiyada erməniləri daşıyan avtobus qəzaya uğradı

20 Mar, 2018
14:04
4927

Rusiyada erməniləri daşıyan avtobus qəzaya uğradı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Voronej vilayətində Ermənistandan olan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” bölgənin fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

“M-4 “Don” federal avtoyolunun 673-cü kilometrində İrəvan-Moskva marşrutu ilə hərəkət edən avtobus yük maşını ilə toqquşub. İlkin məlumata görə, on nəfər zərərçəkib, onlardan ikisi dünyasını dəyişib” deyə bəyanatda qeyd olunur.

Məlumata görə, qəza vaxtı avtobusda 48 sərnişin və 2 sürücü olub. Hazırda ağır yol-nəqliyyat hadisəsinin baş vermə halları və səbəbi araşdırılır.

F.M
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri