20 
Mar
2018
14:25
30
260
3056
Virtual karabakh

Kişinyovda partlayış: Ölənlər var

20 Mar, 2018
14:25
3056

Kişinyovda partlayış: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova paytaxtının mərkəzində partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl Kişinyovun Armyanskaya-Mateyeviça küçəsində ərzaq dükanında partlayış baş verib, hadisə nəticəsində iki nəfər həlak olub. Hadisə yerinə polis qüvvələri səfərbər olunub” deyə Kişinyov polis idarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Habelə şahidlər partlayışdan əvvəl dükan satıcısı ilə müştəri arasında münaqişənin yaşandığını  bildirir. İddiaya görə, müştəri hansısa malı ödəniş etmədən götürməyə çalışıb, ancaq dükan satıcısı buna imkan verməyib. Nəticədə həmin şəxs geri dönərək, dükanı əl qumabarası ilə partladıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri