20 
Mar
2018
18:12
149
101
1510
Virtual karabakh

ABŞ-da məktəbdə atışma baş verib

20 Mar, 2018
18:12
1510

ABŞ-da məktəbdə atışma baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Merilend ştatında növbəti silahlı insident baş verib.

Oxu.Az NBC telekanalına istinadən xəbər verir ki,  insident Qreyt-Mils orta məktəbində qeydə alınıb.

Yerli KİV-nin məlumatına görə, çox sayda zərərçəkən var.

Sent-Meri rayonunun şerif idarəsi orta məktəbdə silahlı insidentin baş verdiyini təsdiqləyib,  valideynlərdən uşaqları məktəbə gətirməməyə xahiş edib. Hadisə yerinə gələn polis qüvvələri məktəbi tam mühasirəyə alıb.

Rayonun təhsil şöbəsi vəziyyətin tam nəzarətdə olduğunu açıqlayıb.

Məlumata görə atəşi açan şəxs məktəbin şagirdlərindən biri olub. Onun yaralı vəziyyətdə xəstəxanaya aparıldığı bildirilir.  

Silahlı hücumun motivləri barədə məlumat verilmir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri