22 
Mar
2018
11:05
331
89
5004
Virtual karabakh

Xamneyi: Yerli məhsullarımızı da "Real Madrid" kimi əziz tutun

22 Mar, 2018
11:05
5004

Xamneyi: Yerli məhsullarımızı da "Real Madrid" kimi əziz tutun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi Məşhəd şəhərində Novruzla bağlı keçirilən el şənliyində xalqa müraciət edib.

Oxu.Az-ın İran mətbuatına istinadən məlumatına görə, yeni ilin gəlişi və baharın müjdəçisi sayılan Novruz Bayramı münasibətilə keçirilən el şənliyində Xamneyi müraciətində ölkədə yaşanan iqtisadi problemlərin həllindən danışıb. Bildirib ki, bu problemlərin aradan qaldırılması üçün xalq yerli məhsullardan istifadə etməli və həmin məhsulları "Real Madrid" futbol klubuna dəstək verdikləri kimi dəstəkləməlidirlər:

"Hazırda İranda iqtisadi problemlər olduqca yüksək həddə çatıb. Bu problemlərin aradan qaldırılması üçün sizlərə səslənirəm. Bildirmək istəyirəm ki, bu durumun aradan qaldırılması üçün yerli məhsullardan istifadə etməyiniz məsləhətdir. İspaniyanın "Real Madrid" klubuna necə dəstək verirsinizsə, öz məhsullarımıza da o səviyyədə dəstək verin".

İranın Ali dini lideri həmçinin müraciətində qaçaqmalçılığın da ölkə iqtisadiyyatına zərbə vurduğunu və yerli sərmayənin xalq tərəfindən yüksək dəyərləndirilməsinin vacibliyini də vurğulayıb.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri