26 
Mar
2018
20:42
490
53
6749
Virtual karabakh

Dünyanın iri bankları dolları boykot edir

26 Mar, 2018
20:42
6749

Dünyanın iri bankları dolları boykot edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın bir sıra iri bankları ABŞ prezidenti Donald Trampın himayədarlıq siyasətinə etiraz olaraq dollar ehtiyatlarını azaltmağa qərar verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Hal-hazırda dünyanın ümumi valyuta ehtiyatlarının təxminən 64 faizinə ABŞ dolları cavab verir, Avropanın vahid valyutasının (avronun) payına isə 20 faiz düşür.

Ancaq analitiklər iddia edir ki, indiki zamanda avronun alınması üçün şərtlər daha əlverişli və cəlbedicidir.  

Uol-Stritin aparıcı analitiklərindən olan Yens Nordviq əmin edir ki, iri mərkəzi bankların rəhbərləri artıq avro valyutasının alınmasına maraq göstərir. 2020-ci ilə kimi 500 milyard dollardan çox valyuta ehtiyatının avroyla əvəzlənəcəyi proqnozlaşdırılır.

Dolların hökmranlığı davam etsə də, “Bloomberg” agentliyinə görə, Trampın ticarət siyasətinə qarşı müvafiq tədbirlər və ya yerli rezervlərin şaxələndirilməsi ilə bağlı hər hansı addımlar, gələcəkdə ciddi iqtisadi fəsadlara yol aça bilər.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri