26 
Mar
2018
21:36
191
147
4434
Virtual karabakh

Rusiyada yol polisinə atəş açan azərbaycanlılara hökm oxundu

26 Mar, 2018
21:36
4434

Rusiyada yol polisinə atəş açan azərbaycanlılara hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ryazanda yol patrul xidməti əməkdaşlarına atəş açmış iki azərbaycanlı 19 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ryazanskie novosti” məlumat yayıb.

Nəşrin məlumatına görə, gənc müttəhimlərdən biri zor tətbiq etmə yolu ilə hüquq mühafizə orqanları əməkdaşlarının həyatına qəsd etməkdə cəhddə və qanunsuz silah saxlamada təqsirli bilinib. Ona 16 il iş verilib, cəzasını ciddi rejimli kolonda keçirəcək.

Digər müttəhim isə YPX əməkdaşını  zor tətbiq etməklə hədələdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Cinayət işi materiallarına əsasən, 2016-cı ilin noyabr ayında  birinci müttəhim polis əməkdaşının üzünü bıçaqla kəsərək, aradan çıxıb.  Qısa müddətdən sonra Mixaylovsk rayonunda YPX əməkdaşları yoxlanış məqsədilə  onun və dostunun olduğu “Opel” markalı avtomobili saxlayıb.

 Hadisə yerindən qaçmağa çalışan zaman onlar lüləsi kəsik tüfəng və travmatik tapançadan atəş açıb. Heç kim xəsarət almayıb, cinayətkarlar saxlanılıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri