28 
Mar
2018
23:54
91
37
7076
Virtual karabakh

Skripalın zəhərləməsi ilə bağlı yeni faktlar ortaya çıxdı

28 Mar, 2018
23:54
7076

Skripalın zəhərləməsi ilə bağlı yeni faktlar ortaya çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş rusiyalı casus Serqey Skripal və onun qızı ilk dəfə sinir iflic edən “Noviçok” maddəsi ilə qaldıqları evdə təmasda olub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə London polis idarəsi  məlumat yayıb.

Anti-terror polisi əsas səyləri Skripalın yaşadığı ünvana yönəldib. Belə ki, evin qapısında “Noviçok” maddəsinin izləri aşkarlanıb.

Skripal martın 4-də qızı Yuliya ilə birgə Salisburi qəsəbəsində skamyada huşsuz vəziyyətdə tapılıb.  Kimyəvi maddə ilə zəhərlənmiş keçmiş kəşfiyyat polkovniki hazırda xəstəxanada kritik vəziyyətdədir.

Ekspertlərin fikrinə görə, o və qızı sağ qalsa belə ömürlük əlil olacaq.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri