Apr
2018
13:50
30
577
5808
Virtual karabakh

İsrailli nazir Türkiyəni təhdid etdi: “Erməni soyqırımı”nı tanıya bilərik

2 Apr, 2018
13:50
5808

İsrailli nazir Türkiyəni təhdid etdi: “Erməni soyqırımı”nı tanıya bilərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzzada yaşanan son qanlı olaydan sonra Türkiyəylə İsrail arasında növbəti siyasi böhran yaşanmaqdadır.

Oxu.Az-ın xəbərinə görə, İsrail əsgərlərinin dinc fələstinliləri qətlə yetirməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyini ən ağır ifadələrlə tənqid edib.

Buna cavabında da İsrailin baş naziri Benyamin Netanyahu “Sizdən dərs almayacağıq, görünür,  Ankarada “1 Aprel” belə olurmuş”, - deyə bildirib.

Bu isə iki dövlət və iki ölkə rəhbəri arasında söz savaşı daha da alovlandırıb.

Bu dəfə İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan  Türkiyəni təhdid edən açıqlama ilə çıxış edib.

“Ərdoğan Qüdsdə rol almaq üçün Həması dəstəkləməyə davam edən bir antisemitikdir.

Mavi Mərmərə hadisəsindən sonra Türkiyə-İsrail arasında imzalanan yaxınlaşma  anlaşmasına görə peşmanlıq keçirirəm.

Ona görə də “erməni soyqırımı”nı tanıya bilərik.

Zamanında bunu edə bilərdik, amma etmədik...”, - deyə israilli nazir vurğulayıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri