Apr
2018
09:32
116
169
7771
Virtual karabakh

“YouTube”-ın binasında atışma: Ölən var – VİDEO + YENİLƏNİB

4 Apr, 2018
09:32
7771

“YouTube”-ın binasında atışma: Ölən var – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube”-nin Kaliforniyadakı mənzil-qərargahında atışma törədən qadın öldürülüb.  

Oxu.Az-ın xəbərinə görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.  

Stenford xəstəxanasına 5-dək  yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.  

Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir.

Digər təfərrüatlar açıqlanmır.

01:17

ABŞ-ın Kaliforniya ştatında “YouTube” videoportalının baş ofisində silahlı insident baş verib

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, şirkətin San Bruno rayonunda yerləşən kampusunda atəş səsləri eşidilib.  

Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım əməkdaşları göndərilib,şirkətin əməkdaşları binadan təxliyə edilib.  

Güc strukturları təhlükəsizlik məqsədi ilə vətəndaşları ərazidən uzaqlaşdırır.

“YouTube”a sahib olan “Google” şirkəti insidentin araşdırıldığını bildirib.

Qeyri rəsmi məlumatlara görə, odlu silahdan atəş açan şəxs qadındır.  Xüsusi təyinatlı polis qüvvələri artıq atıcını zərərsizləşdirib.

Atışmada beş nəfərin yaralandığı bildirilir. Silahlı hücumun motivləri hələ ki, məlum deyil.

Qeyd edək ki, portalın baş ofisində 1700 nəfərə yaxın insan çalışır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri