Apr
2018
13:36
34
137
3850
Virtual karabakh

İlon Mask “ölümsüz Hitlerdən” danışdı

7 Apr, 2018
13:36
3850

İlon Mask “ölümsüz Hitlerdən” danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süni intellekt heç kimin yaxa qurtara bilməyəcəyi “ölümsüz diktatora” çevrilə bilər.

Oxu.Az xəbər verir ki, bunu “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask, Kris Peynin “Bu kompüterə etibar edirsənmi?” adlı sənədli filmində verdiyi açıqlamada bildirib.

Maskın sözlərinə görə, tarix Mussolini və Hitleri kimi bir sıra zülmkar diktatorlar görüb, ancaq süni intellektdən fərqli olaraq onlar canlı olub, ölümsüz olmayıb.

Mask bundan əvvəl, süni intellektə getdikcə daha geniş səlahiyyətlərin verilməsi ilə bağlı narahatlıq ifadə etmişdi. 2017-ci ildə biznesmen , süni intellektin üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacağını  bildirmişdi.

Mask əmin edir ki, aparıcı dövlətlərin liderləri ölüb getdiyi halda, süni intellekt uzun müddət hökmranlıq edəcək və bəşər övladını daima əsarətdə saxlamaq üçün xüsusi struktur yaradacaq.

2018-ci ildə o, öncəki proqnozuna əlavələr edərək, yalnız insanların Mars və Ayda yaşayış üçün əlverişli şəraiti olan qəsəbələr salacağı təqdirdə üçüncü dünya müharibəsindən sağ çıxa biləcəyini söyləmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri