13 
Apr
2018
04:21
50
104
11151
Virtual karabakh

Çinli cütlük öldükdən dörd il sonra övlad sahibi olublar

13 Apr, 2018
04:21
11151

Çinli cütlük öldükdən dörd il sonra övlad sahibi olublar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində 2013-cü ölən bir cütlük vəfatlarından əvvəl dondurduqları embriondan övlad sahibi olublar.

Oxu.Az xəbər verir ki, körpə ana-atasının ölümündən dörd il sonra, ötən ilin dekabr ayında dünyaya gəlib.

Ölən cütlüyün ailələri dondurulmuş embriondan nəvələrinin dünyaya gəlməsi üçün bir müddətdir qanuni yollara baş vurublar. Qəzadan indiyədək Çindəki Nanjing xəstəxanasında mühafizə edilən embrionlar bir daşıyıcı anaya köçürülüb və sağlam uşaq dünyaya gəlib.

Mütəxəssislər bu hadisənin tarixdəki ilk nümunə olduğunu bildiriblər. Tiantian adı verilən uşağa ana və atasının ailələri baxacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri