13 
Apr
2018
16:04
520
22
5448
Virtual karabakh

Ermənistanda üsyan yetişir

13 Apr, 2018
16:04
5448

Ermənistanda üsyan yetişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cümə günü aprelin 13-də Yerevanın Azadlıq meydanında başda Nikol Paşinyan olmaqla, müxalifətçi “Vətəndaş müqaviləsi” partiyasının üzvləri tərəfindən mitinq təşkil ediləcək.

Oxu.Az erməni KİV-ə istinad edərək xəbər verir ki, mitinq müxalifətçilərin martın 31-də başladıqları Ermənistan şəhərlərinə yürüşlərinin tamamlanmasını bildirəcək.

Yerevanın “Severnaya” avtovağzalında Nikol Paşinyanı və onun tərəfdarlarını bu gün tətil elan edən  tələbələr qrupu qarşılayıb. Küçədən keçən maşınlar gənclərə dəstək əlaməti olaraq siqnal veriblər.

Bir neçə gün əvvəl bu gənclər Azadlıq Meydanında hazırlanan mitinq barədə vətəndaşları xəbərdar etməyə cəhd ediblər. Onlar “Mənim addımım” hərəkatının vərəqələrini paylayırdılar, lakin Yerevan Universitetinin təhlükəsizlik xidmətinin rəisi gənclərin üstünə hücum çəkərək, vərəqələri onların əlindən almağa çalışıb.

Tələbələr bu hadisə barədə ombudsmanın ofisinə məlumat veriblər.

Aprelin 17-nə planlaşdırılan mitinqin iştirakçıları parlamentin binasını, həmçinin deputatların evlərini  mühasirəyə almaq, bununla onlar deputatlara Ermənistan Milli yığıncağına baş nazirin namizədliyi üzrə keçiriləcək səsvermədə iştirakına mane olmaq niyyətindədirlər.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri