16 
Apr
2018
09:29
41
316
8612
Virtual karabakh

Makron: Trampı inandırdıq, türkləri ruslardan ayırdıq

16 Apr, 2018
09:29
8612

Makron: Trampı inandırdıq, türkləri ruslardan ayırdıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

Oxu.Az-ın xəbərinə görə, o, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, - deyə o əlavə edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

“10 gün öncə Tramp “ABŞ Suriyadan çəkilməlidir”, - deyirdi.

Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri