16 
Apr
2018
14:10
329
12
3249
Virtual karabakh

Erməni məşqçini “xoruz” adlandırdılar – VİDEO

16 Apr, 2018
14:10
3249

Erməni məşqçini “xoruz” adlandırdılar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Luç-Enerqiya” futbol komandasının baş məşqçisi Aleksandr Qriqoryana oyun vaxtı diri xoruz atılıb.

Oxu.Az xəbər verir ki, hadisə I Divizionun XXXIII turun Voronejdəki “Fakel” ilə səfər qarşılaşmasında baş verib.

Stadiona xoruz atıldıqdan sonra həmin sektorun azarkeşləri “Qriqoryan – xoruz” (Григорян — петух!) şüarı səsləndirməyə başlayıblar. Rusiya vətəndaşlığı da olan erməni baş məşqçini aşağılayan şəxsin Vladivostok komandasının azarkeşi olduğu bildirilir.

Qriqoryanla münaqişədə olan həmin şəxs tutularaq, stadiondan çıxarılıb. Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb.

Lakin Aleksandr Qriqoryan sport24.ru saytına bu barədə açıqlama verib. O, bunu “tərbiyəsizlik” adlandırıb və həmin şəxsin 15 sutkalıq həbs olunduğunu bildirib:

“Əvvəlcə bunun anlaşılmazlıq olduğunu güman etdim. Ancaq sonra bu insanların Vladivostokdan olduğunu bilincə, hər şeyi anladım. Başa düşdüm ki, onların pulu ödənilib.

Vladivostokdan bura gəlib-qayıtmaq üçün təyyarə xərci neçəyə başa gəlir, təsəvvür edirsiniz? Biri bunu qəsdən edir? Bəlkə də. Məhz kim bunu edir? Dəqiq demək çətindir.

Burada iki variant var: ya bunlar mənim Uzaq Şərqdəki düşmənlərimdir, ya da mənim vasitəmlə yeni rəhbərliyə təsir etmək istəyən insanlardır. Çünki başqaları klub rəhbərliyinə gəlməyi planlaşdırır. Burada hər şey mümkündür”.  

Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1. Meydan sahiblərinin heyətində qış fasiləsinədək azərbaycanlı yarımmüdafiəçi Samir Məsimov da çıxış edib. Lakin o, fevralda transferə çıxarılıb. 

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri