16 
Apr
2018
14:51
25
144
5356
Virtual karabakh

Ronaldu İrina Şeyk ilə ayrılığına təəssüflənir

16 Apr, 2018
14:51
5356

Ronaldu İrina Şeyk ilə ayrılığına təəssüflənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madrid “Real”ının və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldu rusiyalı model İrina Şeyklə ayrıldığı üçün təəssüf edir. 

Bu barədə Oxu.Az “The Sun” tabloidinə istinadən xəbər verir. 

Britaniya nəşriyyatının məlumatına görə, 32 yaşlı portuqaliyalı öz dostlarına etiraf edib ki, 2015-cil ilin yanvarında ayrılmalarına baxmayaraq, onun Şeykə olan hissləri hələ də soyumayıb.

Xəbər verilir ki, Ronaldu modeli indiki sevgilisi, 43 yaşlı Hollivud aktyoru Bredli Kuperə qısqanır. Cütlüyün mart ayında qızları dünyaya gəlib.  

Hal-hazırda Ronaldunun sevgilisi, 23 yaşlı ispan model Corcina Rodriqesdir. 2017-ci ilin noyabrında onun Ronaldudan qızı olub. Həmçinin futbolçunun surroqat anadan daha üç uşağı – yeddi yaşlı kiçik Kriştianu və 2017-ci ilin iyun ayında dünyaya gəlmiş Yeva və Mateo adlı övladları var. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri