16 
Apr
2018
15:32
14
605
4838
Virtual karabakh

Sarkisyanın namizədliyi irəli sürüldü

16 Apr, 2018
15:32
4838

Sarkisyanın namizədliyi irəli sürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın idarəçi koalisiyasına daxil olan Respublika və “Daşnaksütun” partiyaları keçmiş prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüblər.  

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi erməni parlamentinin vitse-spikeri, Ermənistan Respublika Partiyasının icraedici orqanının üzvü Eduard Şarmazanov jurnalistlərə bildirib.

“Hazırda qüvvədə olan qaydaya görə, ERP və Daşnaksütun Sarkisyanın namizədliyini irəli sürüb, sabah Ermənistan Respublika partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan fraksiyanın adından öz namizədliyini irəli sürəcək, biz onu qanunda təyin olunmuş qaydada müzakirə edəcəyik və səs verəcəyik”, - Şarmazanov deyib.

Xatırladaq ki, son günlər Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı polislə toqquşma ilə müşayiət olunan müxtəlif etiraz aksiyaları baş verir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri