20 
Apr
2018
22:00
1167
57
14827
Virtual karabakh

Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB

20 Apr, 2018
22:00
14827

Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerevanda yüzə yaxın etirazçı beynəlxalq Zvartnos aeroportuna aparan avtomagistralı bağlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayişçilərin yolu şəxsi avtomobilləri ilə bağladığı deyilir. Onlar hökumət əleyhinə şüarlar səsləndirərək, polisin dağılışmaları barədə tələbinə məhəl qoymur.

Hadisə yerinə çox sayda polis qüvvələri göndərilib.

17:01

Ermənistanda keçirilən aksiyalarda saxlanılanların sayı 193-ə çatıb. 

Oxu.Az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

15:51

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalar zamanı bu gün 83 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Oxu.Az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

“Hazırda polis bölmələrinə 83 nəfər aparılıb”, - Canoyan deyib.

Saxlanılanlar arasında Paşinyanın yaxın tərəfdaşlarından olan David Sanasaryan da var.

Xatırladaq ki, aksiyalara rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, ölkənin nəqliyyat kommunikasiyalarının blokadaya alınması ilə bağlı çağırış edib. O deyib ki, əgər plan baş tutsa, Məxməri İnqilabın başa çatmasına bir neçə gün qalacaq.

11:07

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, etiraz aksiyalarının təkşilatçısı Nikol Paşinyan ölkənin nəqliyyat kommunikasiyalarının blokadaya alınması ilə bağlı çağırış edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Ermənistandakı yolları yük maşınlarının köməyilə sakit, tez və inamla bağlayın. İnanıram ki, bizi möhtəşəm gün gözləyir”, - o deyib.

Onun çağırışından sonra avtomobil sahibləri Yerevanda əsas küçələrdən birində hərəkəti dayandırıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb edilib. 

Bundan əvvəl, Ermənistan polisinin Yerevanda dövlət idarəetmə orqanlarına hücum edən aksiya iştirakçılarına atəş açma icazəsinin verilməsi ilə bağlı xəbər yayılmışdı. 

Xatırladaq ki, aprelin 18-də Paşinyan Ermənistanda Məxməri İnqilab komitəsinin yaradıldığını elan edib. 

09:41

Gümrü, Vanadzor və Ermənistanın digər şəhərlərində etiraz aksiyaları bu gün də davam edir.

Gümrüdə gənclər küçələrə axışıb. Onlar tətilə çıxmaq və mübarizəyə qoşulmaqla bağlı çağırışlar səsləndiriblər. 

Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, gənclər şəhərin mərkəzi küçəsindən Teatr meydanına doğru yürüş ediblər. Polis qüvvələri gücləndirilmiş növbətçiliklə asayişi qorumağa çalışırlar. 

Dünən polislərin aqressiyası ilə qarşılaşan Vanadzorda aksiyalar davam edir. 

Maraqlıdır ki, etiraz aksiyaları Respublika partiyasının seçkilərdə yüksək səs faizi əldə etdiyi Yexeqnadzor, Qafan, Armavir kimi şəhərlərdə də başlayıb. Ermənistan mediası bu dalğanın qarşısının alınmasının mümkün olmayacağını qeyd edib.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri