20 
Apr
2018
12:09
24
374
2715
Virtual karabakh

Altı ölkə səfirliyini Qüdsə köçürməyə hazırdır

20 Apr, 2018
12:09
2715

Altı ölkə səfirliyini Qüdsə köçürməyə hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı ölkə İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə hazırdır. 

Oxu.Az-ın “The Times of Israel” nəşrinə istinadla xəbərinə görə, bununla bağlı ölkənin baş naziri Binyamin Netanyahu məlumat verib. 

“Sevinclə bildirməliyəm ki, altı ölkə ilə səfirliyin köçürülməsi məsələsi razılaşdırılıb. Qvatemalaya təşəkkür edirəm. İndi digərləri də sizin yolunuzla gedəcək”, - o deyib. 

Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri Devid Fridmanı “it oğlu” adlandırmışdı. 

ABŞ və Fələstin arasındakı münasibətlər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra gərginləşib. 

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri