20 
Apr
2018
16:12
223
49
6428
Virtual karabakh

Növbədənkənar seçkilər keçirməkdə Ərdoğanın niyyəti nədir?

20 Apr, 2018
16:12
6428

Növbədənkənar seçkilər keçirməkdə Ərdoğanın niyyəti nədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi barədə qərar bu ölkədə mürəkkəb xarici və daxili siyasi proseslərin nəticəsidir.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, Türkiyənin beynəlxalq aləmdə fəal addımlar atmasına baxmayaraq, bu ölkənin daxili siyasətində burulğan müşahidə edilir. 

“Bir neçə aydır Türkiyədə ölkənin siyasi sahəsini yenidən formalaşdırmağa istiqamətlənmiş proseslər müşahidə olunur. Bu ilin əvvəlində Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkət Partiyası birlikdə “Yerli və Milli Birlik” koalisiyasının yarandığını elan etdi. Bir müddət sonra Milli Demokratik Partiyası da koalisiyaya qoşuldu. 

Martda “İyi” partiyasının lideri Meral Akşener bəyan etdi ki, seçkilər ərəfəsində o, parlamentdə mandata sahib olmayan Səadət və Demokratik partiyaları ilə birlik qurmaq niyyətindədir”, - politoloq deyib. 

Vəlizadə əmindir ki, bu istiqamətdə müəyyən addımlar atılıb:

“Şərtlərin müəyyən edilməsi üçün danışıqlar gedir. Məlumdur ki, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu müxalifət partiyalarına birlik təklif edəcək. Opponentlərinin hərəkətlərinin fəallaşdırılmasını gözləmədən Ərdoğan-Baxçalı tandemi qabaqlayıcı tədbirlər görmək qərarına gəldi və erkən seçkilərin keçiriləcəyini elan etdi”. 

Politoloq qeyd edib ki, bir tərəfdən, əgər seçkiyə hazırlıq prosesləri uzansa, bu, əhval-ruhiyyəni yüksəltməyə və qeyri-müəyyənliyi aradan qaldırmağa xidmət edir. Digər tərəfdən isə, əlavə risklər olmadan Türkiyədə prezident idarə formasına tam keçidi təmin edəcək. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini bəyan edib. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri