20 
Apr
2018
20:39
62
100
5903
Virtual karabakh

Ən arzuolunan vətəndaşlığı olan ölkələr – REYTİNQ

20 Apr, 2018
20:39
5903

Ən arzuolunan vətəndaşlığı olan ölkələr – REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa vətəndaşlığı dünyanın ən arzuolunan vətəndaşlığı elan olunub.

Oxu.Az xəbər verir ki, bu haqda “Henley& Partners” konsaltinq şirkəti reytinq cədvəli hazırlayıb.

İlk üçlükdə müvafiq ardıcıllıqla Fransa, Almaniya və İslandiya qərarlaşıb. Siyahıda sonuncu üç yeri İraq, Əfqanıstan və Somali tutur.  

MDB ölkələrindən ən yaxşı nəticəni Rusiya göstərib. Ölkə ötən ilki nəticəni təkrarlayaraq, 63-cü pillədə qərarlaşıb. 

Azərbaycan siyahıda 110-cu pillədə qərarlaşıb. Qardaş Türkiyə 83-cü, qonşu Gürcüstan isə 84-cü pillədə göstərilib.

Reytinq tutulan zaman, iqtisadiyyat səviyyəsi, insan potensialının inkişafı, ictimai asayış, sabitlik, vizasız səyahət imkanları və digər daxili-xarici faktorlar nəzərə alınıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri