20 
Apr
2018
21:20
172
74
2173
Virtual karabakh

Demokratlar Rusiyanı məhkəməyə verdi

20 Apr, 2018
21:20
2173

Demokratlar Rusiyanı məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Demokratik partiyasının milli komitəsi 2016-cı il prezident seçkiləri zamanı Rusiya hökuməti, Donald Trampın köməkçiləri və “WikiLeaks”in əlbir olaraq seçki nəticələrinə müdaxilə etməsi ilə bağlı məhkəməyə şikayət edib.

Oxu.Az xəbər verir ki, bu barədə The Washington Post yazır.

Çoxmilyonluq iddia ərizəsi Manhetten federal dairə məhkəməsinə təqdim olunub.

Ərizədə qeyd olunur ki,  respublikaçıların yüksək səlahiyyətli nümayəndələri Rusiya hakimiyyəti və onun “hərbi casus agentliyi” ilə əlbir olaraq Trampı hakimiyyətə gətirib.

İddiaya görə, onlar Demokratik partiyanın kompüter şəbəkəsinə virtual hücum təşkil edərək,  Hilari Klintonun namizədliyinə ağır zərbə vurub. Maraqlıdır ki, iddiada Tramp cavabdeh tərəf kimi göstərilməyib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri